Dünya

Rusiya Türkiyəyə məxsus gəmini vurdu

Rusiya Qara dənizdə Türkiyəyə məxsus “VICTRESS” yük gəmisinə zərbə endirib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Ukrayna Hərbi-Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, pilotsuz uçuş aparatı ilə endirilən zərbədən sonra gəmidə genişmiqyaslı yanğın başlayıb və bir nəfər ölüb. Gəmidəki Misir, Türkiyə və Hindistan vətəndaşları olan digər 8 nəfər Ukrayna donanmasının qüvvələri tərəfindən təxliyə edilib.

Qeyd olunub ki, “VICTRESS” gəmisi türk gəmi sahibinə məxsusdur və Panama bayrağı altında üzür.

Related Articles

Bir cavab yazın

Back to top button