Dünya

Serbiyada xalq ayağa qalxdı

Serbiyanın paytaxtı Belqradda etirazçılar Serbiya parlamentinə doğru yürüş ediblər. AZERFAX.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin hər yerindən minlərlə insan iştirak etmək üçün tpaytaxta üz tutub.

Etirazçılar Serb Tərəqqi Partiyasının və prezident Aleksandr Vuçiçin hakimiyyətdən getməsini, ardınca isə keçid hökumətinin yaradılmasını tələb edirlər.

Serbiya polisi zorla müdaxilə etməzdən əvvəl son xəbərdarlıq edib və Belqradda etirazçıları təxribatları dayandırmağa çağırıb.

Etirazlar Novi Sadda qatar stansiyasında beton örtünün aşması nəticəsində 15 nəfərin öldüyü insidentdən sonra başlayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button