Rusiya Qərbi nüvə zərbəsi ilə hədələdi


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkəsinin mövcudluğuna hərbi təhdid yaranacağı təqdirdə qabaqlayıcı nüvə zərbəsi endirə biləcəklərini bəyan edib.
AZERFAX.AZ “Haber Global”a istinadən xəbər verir ki, o, Qərb ölkələrinin Ukraynaya nüvə silahı verməsinin Moskvanı belə bir addım atmağa məcbur edə biləcəyini bildirib. Medvedevin “Moskva Beynəlxalq Hüquq Jurnalı”nda dərc olunan məqaləsində Rusiyanın nüvə silahından istifadə edə biləcəyi şərtlərdən bəhs olunub. Onun sözlərinə görə, ölkənin mövcudluğu təhlükə altına düşərsə və ya Rusiyaya qəbuledilməz zərər vurularsa, nüvə zərbəsi variantı gündəmə gələ bilər.
Medvedev bəyan edib ki, Qərbin Kiyevə gizli və ya açıq şəkildə nüvə silahı ötürməsi Moskvanın cavab tədbirlərinə səbəb ola bilər. “Odla oynayan hər kəs bu həqiqəti tam anlamalıdır”, – deyə Medvedev xəbərdarlıq edib.
Rusiya rəsmisi Ukraynada apardıqları hərbi əməliyyatlar zamanı nüvə silahından istifadə etmədiklərini və mövcud şəraitin hərtərəfli qiymətləndirilməsi nəticəsində buna ehtiyac görmədiklərini bildirib. Medvedev bildirib ki, Ukraynanın NATO-ya üzvlük siyasəti Rusiyanın təhlükəsizliyinə birbaşa təhdiddir



