Dünya çempionatında pley-offa yüksələn 32 komanda bəlli oldu

2026-cı il futbol üzrə dünya çempionatının qrup mərhələsinin başa çatmasının ardından turnirin pley-off mərhələsinə yüksələn bütün 32 milli komanda müəyyənləşib.
Bizim.Media xəbər verir ki, 1/16 finalın cütləri belədir:
Almaniya – Paraqvay;
Fransa – İsveç;
Cənubi Afrika Respublikası – Kanada;
Niderland – Mərakeş;
Portuqaliya – Xorvatiya;
İspaniya – Avstriya;
ABŞ – Bosniya və Herseqovina;
Belçika – Seneqal;
Braziliya – Yaponiya;
Kot-d’İvuar – Norveç;
Meksika – Ekvador;
İngiltərə – Konqo Demokratik Respublikası;
Argentina – Kabo-Verde;
Avstraliya – Misir;
İsveçrə – Əlcəzair;
Kolumbiya – Qana.
Dünya çempionatının pley-off mərhələsində komandalar 1/8 finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Məğlub olan komandalar isə turnirlə vidalaşacaqlar.
Dünya çempionatının pley-off mərhələsi artıq bu gün start götürəcək. Turnirin ilk 1/16 final qarşılaşmasında Kanada millisi Cənubi Afrika Respublikası ilə üz-üzə gələcək.
Görüşün Bakı vaxtı ilə saat 23:00-da başlaması planlaşdırılır.



