Ölkə

Mourinyo istəmədi, ulduz futbolçu “Real”dan ayrıldı

İspaniyalı yarımmüdafiəçi Dani Seballos “Real Madrid”dəki 9 illik karyerasını yekunlaşdırıb.

AZERFAX.AZ xəbər verir ki, tərəflər 2027-ci ilə qədər qüvvədə olan müqaviləni qarşılıqlı razılıq əsasında ləğv ediblər. Bununla da Seballos azad agent statusu alıb. “Real Madrid” futbolçuya klubdakı xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Məlumata görə, Seballos yeni baş məşqçi Joze Mourinyonun planlarına daxil olmadığı üçün ayrılmaq qərarı verib. İspan futbolçu bununla yanaşı, müqaviləsində qalan maaşdan da imtina edib.

Qeyd edək ki, Dani Seballosun azad agent kimi keçmiş klubu “Real Betis”ə qayıtması gözlənilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button