Aİ-də Rusiyaya qarşı mövqe dəyişir?

Avropa İttifaqı daxilində Rusiyaya qarşı təzyiqlərin davam etdirilməsinə etiraz edən ölkələrin sayı artır.
AZERFAX.AZ xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna “Financial Times” nəşrinə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Avropa gələcəkdə Moskva ilə danışıqlarda vasitəçi rolunu üzərinə götürəcəyi təqdirdə neytral mövqe sərgiləməli olacaq. Bu isə anti-Rusiya ritorikasının zəifləməsinə səbəb ola bilər.
Tsaxkna Avropanın Moskva ilə dialoqa başlamaq cəhdlərini hələ tez hesab edib. O, eyni zamanda NATO ölkələrini Ukraynadan Rusiyaya qarşı zərbələri dayandırmağı tələb etməməyə çağırıb. Nazir bildirib ki, Ukrayna pilotsuz uçuş aparatlarının bəzən marşrutdan çıxaraq alyans ölkələrinin ərazisinə düşməsi “ödənməli qiymət” kimi qəbul edilməlidir.
Xatırladaq ki, may ayında Rusiya prezidenti Vladimir Putin bəzi Avropa ölkələri ilə münasibətlərin gələcəkdə bərpa olunacağına ümid etdiyini açıqlayıb. O, Moskva ilə Avropa arasında mümkün danışıqlar üçün Almaniyanın sabiq kansleri Gerhard Şröderi etibar edilə bilən fiqur kimi qiymətləndirib.
Adəm



