Ölkə

Azərbaycana Avropadan turist axını artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana Avropa ölkələrindən 60 269 turist səfər edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi (DTA) məlumat yayıb.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8 % çoxdur.

O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 30 175 turist (+1,4 %) gəlib.

Şərqi Avropa ölkələri arasında ən çox turist Ukraynadan gəlib – 10 544 nəfər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % azdır.

Bundan əlavə, Azərbaycana Belarusdan 6 105 nəfər (-17,5 %), Polşadan 3 334 nəfər (+30,7 %), Macarıstandan 1 535 nəfər (+47,2 %), Moldovadan 1 404 nəfər (-3,3 %), Rumıniyadan 1 208 nəfər (+24,8 %), Çexiyadan 1 088 nəfər (+18,6 %), Litvadan 867 nəfər (+16,1 %), Serbiyadan 651 nəfər (+5,2 %), Latviyadan 643 nəfər (+14 %), Bolqarıstandan 540 nəfər (-12,8 %), Slovakiyadan 525 nəfər (+12,7 %), Estoniyadan 459 nəfər (-5,9 %), Xorvatiyadan 376 nəfər (+27 %), Sloveniyadan 283 nəfər (+8,4 %), Kiprdən 162 nəfər (+14,1 %), Bosniya və Hersoqovinadan 147 nəfər (-19,7 %), Albaniyadan 100 nəfər (- 2,9 %), Monteneqrodan 105 nəfər (-34 %), Şimali Makedoniyadan isə 99 nəfər (-14,7 %) turist gəlib.

Dörd ay ərzində Qərbi Avropa ölkələrindən Azərbaycana 30 094 nəfər turist səfər edib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 15,5 % çoxdur.

Qərbi Avropa ölkələri arasında ən çox turist 7 416 nəfər olmaqla Böyük Britaniyadan gəlib. Bu, bir il öncəki dövr ilə müqayisədə 17,4 % çoxdur.

Bundan əlavə, Almaniyadan 7 045 nəfər (+36,7 %), İtaliyadan 4 314 nəfər (+6,8 %), Fransadan 1 891 nəfər (+ 6,7 %), İspaniyadan 1 887 nəfər (- 7 %), Niderlanddan 1 440 nəfər (+ 4,5 %), Belçikadan 903 nəfər (+22,5 %), Portuqaliyadan 832 nəfər (+14 %), Avstriyadan 765 nəfər (+15,9 %), İsveçrədən 657 nəfər (+13,1 %), İsveçdən 635 nəfər (+17,8 %), Yunanıstandan 588 nəfər (+9,1 %), İrlandiyadan 487 nəfər (+22,4 %), Norveçdən 390 nəfər (+10,5 %), Danimarkadan 312 nəfər (+11,4 %), Finlandiyadan 211 nəfər (-16,3 %), Lüksemburqdan 124 nəfər (-12,7 %), Maltadan 99 nəfər (+4,2 %), İslandiyadan 51 nəfər (+4,1 %), Andorradan 47 nəfər (+11,7 dəfə) turist gəlib.

Hesabat dövründə Azərbaycana 175 ölkədən 658,1 min və yaxud ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 11 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button