İspaniya millisi Avstriyanı məğlub edərək 1/8 finala yüksəldi

İspaniya milli komandası futbol üzrə dünya çempionatının pley-off mərhələsində 2010-cu ildən bəri ilk qələbəsini əldə edib.
AZERFAX.az xəbər verir ki, İspaniya yığması mundialın 1/16 final mərhələsində Avstriya millisini 3:0 hesabı ilə məğlub edib.
Beləliklə, ispanlar 2010-cu ildə dünya çempionu olduqdan sonra ilk dəfə Dünya Çempionatının pley-off oyununda qələbə qazanıblar.
İspaniya millisi 2014-cü il dünya çempionatında qrup mərhələsini keçə bilməmişdi. Komanda 2018-ci ildə 1/8 finalda Rusiya yığmasına penaltilər seriyasında uduzub. 2022-ci ildə isə eyni mərhələdə Mərakeş millisinə penaltilərlə məğlub olmuşdu.
İspaniya yığması 1/8 finalda Portuqaliya – Xorvatiya cütünün qalibi ilə qarşılaşacaq. Həmin oyun iyulun 6-da keçiriləcək.
***
00:09
Futbol üzrə dünya çempionatının İspaniya – Avstriya oyununu keçirilir.
AZERFAX.az xəbər verir ki, ispanlar oyunun 66-cı dəqiqəsində hesabı 2-0 edi.
***
00:09
Futbol üzrə dünya çempionatının İspaniya – Avstriya oyununda ikinci hissə başlayıb.
***
23:49
Futbol üzrə dünya çempionatının İspaniya – Avstriya oyununda ilk hissə bitib.
AZERFAX.az xəbər verir ki, ispanlar fasiləyə üstün yollanıblar.
36-cı dəqiqədə Mikel Oyarsabal fərqlənib.
***
23:40
Futbol üzrə dünya çempionatının İspaniya – Avstriya oyununda hesab açılıb.
AZERFAX.az xəbər verir ki, matçın 36-cı dəqiqəsində Mikel Oyarsabal fərqlənib.
***
23:00
2026 dünya çempionatının 1/16 final mərhələsi davam edir.
Teleqraf xəbər verir ki, İspaniya Avstriya yığması ilə qarşılaşır.
Görüş Bakı vaxtilə 23:00-da start götürüb.



