İdman

İspaniya millisi Avstriyanı məğlub edərək 1/8 finala yüksəldi

İspaniya milli komandası futbol üzrə dünya çempionatının pley-off mərhələsində 2010-cu ildən bəri ilk qələbəsini əldə edib.

AZERFAX.az xəbər verir ki, İspaniya yığması mundialın 1/16 final mərhələsində Avstriya millisini 3:0 hesabı ilə məğlub edib.

Beləliklə, ispanlar 2010-cu ildə dünya çempionu olduqdan sonra ilk dəfə Dünya Çempionatının pley-off oyununda qələbə qazanıblar.

İspaniya millisi 2014-cü il dünya çempionatında qrup mərhələsini keçə bilməmişdi. Komanda 2018-ci ildə 1/8 finalda Rusiya yığmasına penaltilər seriyasında uduzub. 2022-ci ildə isə eyni mərhələdə Mərakeş millisinə penaltilərlə məğlub olmuşdu.

İspaniya yığması 1/8 finalda Portuqaliya – Xorvatiya cütünün qalibi ilə qarşılaşacaq. Həmin oyun iyulun 6-da keçiriləcək.

***

00:09

Futbol üzrə dünya çempionatının İspaniya – Avstriya oyununu keçirilir.

AZERFAX.az xəbər verir ki, ispanlar oyunun 66-cı dəqiqəsində hesabı 2-0 edi.

***

00:09

Futbol üzrə dünya çempionatının İspaniya – Avstriya oyununda ikinci hissə başlayıb.

***

23:49

Futbol üzrə dünya çempionatının İspaniya – Avstriya oyununda ilk hissə bitib.

AZERFAX.az xəbər verir ki, ispanlar fasiləyə üstün yollanıblar.

36-cı dəqiqədə Mikel Oyarsabal fərqlənib.

***
23:40

Futbol üzrə dünya çempionatının İspaniya – Avstriya oyununda hesab açılıb.

AZERFAX.az xəbər verir ki, matçın 36-cı dəqiqəsində Mikel Oyarsabal fərqlənib.

***
23:00

2026 dünya çempionatının 1/16 final mərhələsi davam edir.

Teleqraf xəbər verir ki, İspaniya Avstriya yığması ilə qarşılaşır.

Görüş Bakı vaxtilə 23:00-da start götürüb.

Related Articles

Bir cavab yazın

Back to top button