AZERFAX TV

Onlara Şomurodovla Fayzullayevə bahalı avtomobil hədiyyə edildi

Özbəkistan milli komandasının hücumçusu Eldor Şomurodov və yarımmüdafiəçi Abbosbek Fayzullayev 2026-cı il Dünya Kubokundakı çıxışlarına görə sponsorlardan avtomobillər alıblar.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Kursiv” məlumat yayıb.

Mərasimdə futbolçulara Çin istehsalı olan premium “XPENG X9” elektrik avtomobillərinin açarları təqdim edilib. Özbəkistan Futbol Assosiasiyasına da xidməti avtomobil təqdim edilib.

Xatırladaq ki, Fayzullayev Özbəkistanın Dünya Kubokunda tarixdə ilk qolunu vurub. Şomurodovun isə Konqo DR-yə (1:3) vurduğu qol qrup mərhələsində ən yaxşı seçilib.

Fabio Kannavaronun komandası Şimali Amerikada keçirilən Dünya Kubokunda bir xal belə qazana bilməyib.

Qeyd etmək lazımdır ki, “XPENG X9”-un qiyməti konfiqurasiyadan asılı olaraq 62.000 dollardan 78.000 dollara qədər dəyişir.

Related Articles

Bir cavab yazın

Back to top button