Ölkə
Azərbaycan-Çex Qarışıq Komissiyasında yeni həmsədr təyin edildi

Azərbaycan-Çex Hökumətlərarası Komissiyanın həmsədri dəyişib.
AZERFAX.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycan və Çex hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan tərəfindən tərkibində dəyişiklik edilib.
Sərəncamla Anar Axundov – Azərbaycan iqtisadiyyat nazirinin müavini iqtisadiyyat naziri ilə əvəz edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinə isə bu dəyişikliklər barədə Çex Respublikasına müvafiq bildiriş göndərməsi tapşırılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



