Ölkə

​”Ronaldo, səni öldürmək istəmirik, amma…”

İspaniyaya məğlub olaraq Dünya Çempionatı ilə vidalaşan Portuqaliya yığmasının ünvanına səslənən ittihamların ardı-arası kəsilmir.

AZERFAX.AZ xəbər verir ki, əvvəllər olduğu kimi yenə əsas tənqid hədəfi komandanın kapitanı Kriştiano Ronaldodur.

Portuqaliya mediası ulduz futbolçunu “məğlubiyyətin memarı” adlandırıb. Ölkənin aparıcı idman saytlarında yazılan məqalələrdə Portuqaliya millisinin Ronaldonun eqosunun qurbanı olduğu vurğulanıb.

“O, jurnalistləri gunahlandırmağa adət edib. Halbuki onun üzündən milyonlarla futbol azarkeşi kədərə qərq olub. Əlindən heç nə gəlməsə də, komandada gənc, istedadlı, enerjili bir futbolçunun yerini tutur. Bizim onu öldürmək istədiyimizi deyir. Biz səni öldürmək istəmirik, Ronaldo, amma yetər. Yaxamızdan düş”, – portuqaliyalı jurnalistlər belə yazıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button