AZERFAX TV
İranda hərbi-dəniz zonası vuruldu

İranın cənubundakı Konarak şəhərinin hərbi-dəniz zonası iki mərhələdə döyüş təyyarələrinin hücumuna məruz qalıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə İranın IRNA agentliyi şəhərin qubernatoru Məhəmməd Yunis Hakaniyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hərbi-dəniz obyektinin ərazisində iki partlayış səsi eşidilib.
“Bu bölgə iki mərhələdə düşmən qırıcılarının hücumuna məruz qalıb”, – deyə Hakani bildirib.
O qeyd edib ki, hadisədən sonra xilasetmə, təhlükəsizlik və digər müvafiq xidmətlər dərhal hadisə yerinə göndərilib. Hazırda hücumun təfərrüatları araşdırılır və müəyyənləşdirilir.
Hüseyn İbadlı



