Madrid klubu ulduz futbolçunu “Fənərbaxça”nın əlindən aldı

“Fənərbaxça”nın transfer gündəmində olan Meyson Qrinvudun seçimi ilə bağlı yeni iddia irəli sürülüb.
AZERFAX.AZ xəbər verir ki, “Atletiko Madrid” “Marsel”in formasını geyinən 24 yaşlı hücumçunun transferi üçün hərəkətə keçib. İspaniya klubunun transferi reallaşdırmaq üzrədir. Türkiyə mətbuatının məlumatına görə, İspaniya klubu “Marsel”ə 45+5 milyon avro təklif edib. Futbolçu özü də İspaniyaya transfer olmaq istəyir. Məlumata görə, Qrinvudun “Fənərbaxça”ya keçəcəyi gözlənilsə də, “Atletiko Madrid”in prosesə qoşulması vəziyyəti dəyişib.
Qeyd edək ki, “Fənərbaxça”nın Meyson Qrinvud üçün “Marsel”ə 40 milyon avroluq təklif göndərdiyi barədə xəbərlər yayılmışdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



