Ukrayna 400-ə yaxın PUA ilə hücum etdi

İyulun 10-u gecəsi Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə (UHQ) məxsus 376 pilotsuz uçuş aparatını (PUA) vurub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, dronlar Belqorod, Bryansk, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Pskov, Rostov, Smolensk, Tver vilayətləri, Moskva vilayəti, Krasnodar diyarı və Rusiyanın işğalı altında olan Krım üzərində aşkar edilərək vurulub.
Bundan əlavə, Azov dənizi üzərində də PUA-lar vurulub.
Daha əvvəl Krasnodar diyarındakı İlski neft emalı zavodunun ərazisində drondan düşən qalıqlar nəticəsində yanğın baş verdiyi bildirilmişdi.
Həmçinin, 10 iyul səhər tezdən Leninqrad bölgəsində iki dron ələ keçirilib.
Dünən gecə Moskva meri Sergey Sobyanin “Max” messencerində hava hücumundan müdafiə qüvvələrinin Moskvaya yaxınlaşarkən altı dronu vurduğunu yazıb.
Müəllif: Tural



