AZERFAX TV
Çempionlar Liqası: “Sabah” hesabı açdı

“Sabah” Uelsdə TNS komandasına qarşı keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesabı açıb.
AZERFAX.AZ xəbər verir ki, matçda ilk qolu Coy-Lens Mikels vurub.
Hücumçu 28-ci dəqiqədə meydan sahiblərini məyus edib.
xxx
21:30
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin TNS (Uels) – “Sabah” oyunu start götürüb.
AZERFAX.AZ xəbər verir ki, qarşılaşma “Park Holl” stadionunda keçirilir.
Matçın baş hakimi ispaniyalı Mateo Buskets Ferrerdir.
Bu cütün qalibi növbəti mərhələdə “Vardar” (Şimali Makedoniya) – “Kups” (Finlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
Xatırladaq ki, tərəflər arasında Bakıda keçirilən ilk görüşdə “Sabah” 2:0 hesablı qələbə qazanıb.



