AZERFAX TV
Berdiməhəmmədov Gürcüstana səfər edəcək

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyulun 16-da Gürcüstana rəsmi səfər edəcək.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyasının mətbuat xidməti məlumat verib.
Məlumata görə, səfər çərçivəsində Prezident Sarayında Türkmənistan Prezidenti ilə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili arasında təkbətək görüş planlaşdırılır. Liderlər ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini və regional gündəliyi müzakirə edəcəklər.



