Dünya
Florida sahillərində qeyri-adi zəlzələ – Ocağı tapılmır

Florida sahillərində, ehtimal ki, hərbi sınaqların səbəb olduğu qeyri-adi bir zəlzələ qeydə alınıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti ABŞ Geoloji Xidmətinin (USGS) məlumatlarına istinala yazıb.
Seysmoloqların məlumatına görə, zəlzələnin maqnitudası 3,9 olub. Təkanların ocağı 0 km dərinlikdə yerləşib ki, bu da aktivlik mənbəyinin yer səthinə çox yaxın olduğunu göstərir.
“Qeydə alınan yeraltı təkanlar təbii yolla baş verən zəlzələdən daha çox partlayışa bənzəyir”, – USGS-in nümayəndəsi bildirib.
Xarici medianın məlumatına görə, baş verənlərin ehtimal olunan səbəbi eksperimental partlayış ola bilər



