Dünya

Putin və Tramp bu barədə razılığa gəldi

ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığında Rusiya-Ukrayna atəşkəs prosesi ilə bağlı detallar müzakirə edilib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Kremldən açıqlama verilib. Kreml Rusiya və ABŞ-nin Ukrayna razılaşması ilə bağlı ekspert qrupları yaradacağını açıqlayıb. “Rusiya və ABŞ prezidentləri Ukrayna münaqişəsinin həlli istiqamətində səyləri davam etdirmək niyyətlərini təsdiqləyiblər”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, Ağ ev rəhbərinin müavini Den Skavino da telefon danışığı barədə açıqlama vermişdi. O bildirib ki, iki lider arasında hərtərəfli və məhsuldar telefon danışığı olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button