Zelenski Ağ Evi tərk etdi: Ukrayna lideri görüşə necə aparılıb?

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşdən sonra Ağ Evi tərk edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Ukraynanın Strana.ua nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, görüş bir saat – yerli vaxtla saat 09:47-dən (Bakı vaxtı ilə 17:47) 10:52-dək (Moskva vaxtı ilə 18:52) davam edib.
Ağ Evin mətbuat cameəsinin jurnalistləri bildiriblər ki, Zelenski ABŞ Prezidentinin Oval kabinetinin yerləşdiyi Ağ Evin Qərb qanadına əsas girişdən deyil, yan girişdən aparılıb.
xxx
18:48
ABŞ Prezidenti Donald Trampın ukraynalı həkarı Volodimir Zelenski ilə Ağ Evdə görüşü başlayıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Telekanalın məlumatına görə, liderlər Kiyevə hərbi dəstək məsələsini müzakirə edəcəklər. Ağ Evdəki danışıqlardan sonra Zelenski senatorlarla görüşmək üçün Kapitoliyə gedəcək.
Ukrayna Prezidentinin ABŞ-yə səfəri senator Lindsi Qrem ilə vidalaşma mərasimində iştirak etməsi ilə bağlıdır.
Birləşmiş Ştatlara gəldikdən sonra Zelenski bəyan edib ki, ABŞ-a səfəri zamanı Ukraynanın əsas prioritetləri antiballistika və Vaşinqtonla strateji əməkdaşlıqdır.
“Reuters” agentliyi yazıb ki, Zelenski və Tramp görüş zamanı havada atəşkəslə bağlı hər hansısa təklifi müzakirə edə bilərlər. Güman edilir ki, bu təşəbbüs hərbi əməliyyatların dayandırılmasına yönəlmiş yeni danışıqlar raundu çərçivəsində Rusiya tərəfinə təqdim olunacaq.
Lakin Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hava atəşkəsi ilə bağlı xəbərlər KİV-in uydurmasından başqa bir şey deyil və bu mövzu ilə bağlı heç bir konkreklik yoxdur.
Hüseyn İbadlı



