AZERFAX TV

“İslami Cihad”ın komandiri də MƏHV EDİLDİ

İsrail Müdafiə Ordusu (İDF) Fələstinin “İslami Cihad” qruplaşmasının “Nuxbə” xüsusi təyinatlı dəstəsinin taqım komandiri, 2023-cü il oktyabrın 7-də İsrailə hücumda iştirak etmiş Məhəmməd Xəlil Əslamı məhv edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumatına görə, zərbə Qəzza zolağının cənubundakı Xan-Yunis rayonunda endirilib. Qeyd olunur ki, oktyabrın 7-də baş verən hücum zamanı Əslam israilli mülki şəxslərin oğurlanmasında iştirak edən bölməyə komandanlıq edib.

Bundan əlavə, son aylarda o, İDF hərbçilərinə və İsrailin mülki əhalisinə qarşı hücumlar təşkil edib.

“Terrorçu birbaşa təhlükə mənbəyi idi və dəqiq hava zərbəsi nəticəsində məhv edildi”, – deyə İsrail ordusunun bəyanatında bildirilir.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button