Ölkə

“Sabah” tarixində ilk dəfə növbəti mərhələyə vəsiqə qazanıb

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları start götürüb.

AZERFAX.AZ xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Sabah” da növbəti sınağına çıxıb.

Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv səfərdə Finlandiya çempionu KuPS-un qonağı olub. Kuopio şəhərində keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

Təmsilçimiz rəqibini 2:0 hesabı ilə məğlub edib və növbəti mərhələyə vəsiqə qazanıb.

“Bayquşlar” III təsnifatda “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

Related Articles

Bir cavab yazın

Back to top button