Ölkə
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı


İyulun 30-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata görə, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.



