Ölkə

Zelenskidən müttəfiqlərə çağırış: Ukrayna “Patriot” sistemləri istəyir

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin hava hücumundan müdafiəsini gücləndirmək üçün ABŞ və Avropa ölkələrindən əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri göndərilməsini istəyib.

AZERFAX.AZ xəbər verir ki, Zelenskinin çağırışı ABŞ Prezidenti Donald Trampın “bu sistemlər gələcəkdə ABŞ-a qarşı istifadə oluna bilər” açıqlamasından sonra səslənib.

Ukrayna rəhbəri bildirib ki, ölkənin balistik raketlərdən qorunması üçün “Patriot” sistemlərinə ehtiyac var. O qeyd edib ki, dünyada bu sistemlər üçün kifayət qədər raket mövcuddur və əsas məsələ müttəfiqlərin siyasi qərar verməsidir.

“ABŞ nəyə ehtiyacımız olduğunu bilir. Avropa da bunu bilir. Anti-ballistik raketlər insanları qorumaq üçündür”, – deyə Zelenski vurğulayıb.

Kiyev son dövrlərdə Rusiya tərəfindən həyata keçirilən raket və pilotsuz uçuş aparatı hücumları fonunda hava müdafiəsi imkanlarının artırılmasını prioritet hesab edir.

Related Articles

Bir cavab yazın

Back to top button