AZERFAX TV

Anomal isti hava şəraitinə görə su istehlakı məhdudlaşdırıldı

Almaniyada anomal isti hava şəraiti səbəbindən 100-dən çox şəhər və dairədə su istehlakına məhdudiyyətlər tətbiq edilib.

AZERFAX.AZ xəbər verir ki, “Bild” nəşri qış və yaz aylarında yağıntının az olması nəticəsində çaylarda su səviyyəsinin aşağı düşməsi, eləcə də Almaniyada müşahidə olunan bir neçə ekstremal isti hava dalğasının su qıtlığına səbəb olduğunu yazıb.

Artıq ölkənin 100-dən çox şəhər və dairəsində su istehlakını məhdudlaşdırmaq üçün qadağalar tətbiq edilib. Bu sahədə Münhen ön sıralardadır.

Şəhərlərdə bağ hovuzlarının su ilə doldurulması, qazonların suvarılması və avtomobillərin yuyulması qadağan edilib. 109 şəhər və dairənin əksəriyyətində tədbirlər kənd təsərrüfatına da şamil olunub.

Related Articles

Bir cavab yazın

Back to top button