Etirazlara baxmayaraq Zelenskiyə etimad azalmadı

Ukraynada prezident Vladimir Zelenskiyə ictimai etimad son aylarda azalıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun iyulun 20-dən avqustun 3-dək keçirdiyi sorğunun nəticələrində bildirilir.
Sorğuya əsasən, hazırda respondentlərin 55 faizi Zelenskiyə etimad göstərir, 40 faizi isə ona etimad etmir. Beləliklə, etimad balansı +15 faiz təşkil edib.
Müqayisə üçün qeyd olunur ki, apreldə Zelenskiyə etimad edənlərin payı 58 faiz, etimad etməyənlərin payı isə 36 faiz olub. Həmin dövrdə etimad balansı +22 faiz idi. May ayında isə bu göstərici daha yüksək – 61 faiz səviyyəsində qeydə alınmışdı.
İnstitut bildirir ki, etimadın azalmasına baxmayaraq, prezidentə dəstəkdə kəskin eniş müşahidə olunmur. Sosioloqlar hesab edirlər ki, rezonans doğuran kadr qərarları və etiraz aksiyaları müəyyən təsir göstərsə də, Zelenskinin etimad reytinqi hələ də yüksək səviyyədə qalır.
Araşdırmada qeyd olunur ki, Zelenskiyə etimad edənlərin 20 faizi ona tam etibar etdiyini, 34 faizi isə “daha çox etibar etdiyini” bildirib. Etimad etməyənlərin 19 faizi prezidentə qətiyyən inanmadığını, 20 faizi isə “daha çox etimad etmədiyini” deyib.
Müəllif: Adəm



