Ölkə

Lənkəranda iki avtomobil toqquşdu – Xəsarət alanlar var

Lənkəran rayonunda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar var.

AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, hadisə Liman şəhərində baş verib.

Bakı istiqamətində hərəkət edən “Kia Ceed” və əks tərəfdən gələn “Opel” markalı avtomobillərin toqquşması nəticəsində “Kia”da olan üç nəfər – Cəlilabad sakinləri Vüsal Seymur oğlu Şahbazov, Sadiq Əlizamin oğlu Heydərov və Adil Camal oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button