AZERFAX TV

Maskalı şəxs onun maşınının arxasınca qaçdı

Böyük Britaniyanın keçmiş şahzadəsi Endryu Mauntbetten-Vindzor qəribə təqibə məruz qalıb.

AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, 66 yaşlı Endryunun sözlərinə görə, hadisə mayın 6-da Norfolk qraflığındakı Sandrinqem malikanəsinin yaxınlığında baş verib.

O, gəzinti zamanı paparassilərin avtomobili olduğunu düşündüyü bir maşın görüb. Lakin mühafizəçiləri ilə birlikdə avtomobilin yanından keçərkən maskalı şəxs ona tərəf dönüb və kim olduğunu anladıqdan sonra qışqıraraq Endryunun maşınının arxasınca qaçıb.

Hadisədən sonra keçmiş şahzadə məhkəməyə müraciət edib. Təqib edən şəxsin 39 yaşlı Aleks Cenkins olduğu müəyyənləşib. Evsiz olan Cenkins ictimai asayişi pozmaqda və Endryuya qarşı təhdidedici, təhqiramiz ifadələr işlətməkdə ittiham olunur. Onun telefonunda “Endryu”, “Sandrinqem” və “silah” sözləri üzrə axtarışlar aşkarlanıb.

Məhkəmə iclasına itlə gələn Cenkins binaya buraxılmayıb. Vəkili itin müvəkkilinə emosional dəstək verdiyini bildirsə də, hakim bunu təsdiqləyən sənəd olmadığı üçün heyvanın məhkəməyə buraxılmasına icazə verməyib.

Cenkins ittihamı rədd edir. O, bir müddət Psixi Sağlamlıq haqqında qanun əsasında nəzarətdə saxlanıldıqdan sonra hazırda girov müqabilində azadlıqdadır. Ona Sandrinqem, Bukingem sarayı, Balmoral, Vindzor və Hayqrov da daxil olmaqla kral iqamətgahlarına yaxınlaşmaq, həmçinin Endryu ilə əlaqə saxlamaq qadağan edilib.

Qeyd edək ki, məhkəmənin növbəti iclası dekabrın 21-nə təyin olunub. Keçmiş şahzadə prosesdə videobağlantı vasitəsilə iştirak edəcək.

Müəllif: Adəm

Related Articles

Bir cavab yazın

Back to top button