ABŞ “Qızıl günbəz”i sınaqdan keçirdi

“Qızıl günbəz” raketdən müdafiə proqramı çərçivəsində kosmik tutucuların işlənilməsində iştirak edən ABŞ şirkətləri ilk sınaqların uğurla başa çatmasından sonra sınaqların növbəti mərhələsinə keçirlər.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Layihəyə rəhbərlik edən ABŞ Kosmik Qüvvələrinin generalı Maykl Qetleynin qeyd edib ki, ilk əsas sınaqlar, o cümlədən sensorlardan məlumatların ötürülməsi və mühərriklərin işinin yoxlanılması “SpaceX”, “Northrop Grumman” və digər tərtibatçılar tərəfindən uğurla həyata keçirilib.
Prezident Donald Trampın təşəbbüsü ilə həyata keçirilən 185 milyard dollar dəyərindəki proqram eksperimental müdafiə texnologiyasının yaradılmasında ilkin tərəqqi əlamətləri nümayiş etdirir. Daha əvvəl “Bloomberg” Pentaqonun kosmik raketdən müdafiə sisteminin ilk sınaqlarını 2026-cı ilin sonunadək başa çatdırmağı planlaşdırdığını xəbər vermişdi.



