Ölkə
“Qalatasaray”ın yeni transfer hədəfi bəlli oldu


“Qalatasaray” “Vilyarreal”da çıxış edən portuqaliyalı müdafiəçi Renato Veyqanı transfer etmək istəyir.
AZERFAX.AZ xəbər verir ki, müdafiə xəttini gücləndirmək istəyən İstanbul klubu 23 yaşlı futbolçu üçün satınalma şərti ilə icarə təklifi göndərib. Məlumata görə, “Vilyarreal” isə bu təklifə cavab olaraq Veyqa üçün 30 milyon avro tələb edib. Bildirilir ki, sol cinah müdafiəçisi və mərkəz müdafiəçisi mövqelərində çıxış edə bilən Veyqanın yaşı “Qalatasaray”ın Super Liqadakı 23 yaşadək futbolçu qaydasına uyğun gəlir.
Qeyd edək ki, Renato Veyqa ötən mövsüm bütün turnirlərdə 42 matçda meydana çıxıb. Veyqa daha əvvəl “Çelsi”nin heyətində Konfrans Liqasının qalibi olub.



