Ölkə
Məşhur reper Putinlə görüşmək istəyir


Amerikalı məşhur reper Kanye West Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyir.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Say Agency” konsert agentliyinin baş direktoru Anna Subçeva “RİA Novosti”yə bildirib. Onun sözlərinə görə, Putinlə görüşmək reperin uzun müddətdir arzuladığı görüşlərdən biridir.
Qeyd edək ki, Kanye West dünya turnesi çərçivəsində oktyabrın 10 və 11-də Sankt-Peterburqda iki konsert verməyə hazırlaşır. Konsertlərin “Qazprom Arena”da keçirilməsi planlaşdırılır.



