AZERFAX TV

Onlar paylarını satırlar – “Çelsi”də nə baş verir?

“Çelsi”nin həmtəsisçiləri Todd Bouli və Mark Uolter klubdakı paylarını “Clearlake Capital” investisiya şirkətinə satmaq üçün danışıqlar aparırlar.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

“Clearlake” “Çelsi”nin səhmlərinin 60%-dən çoxuna sahibdir, lakin nəzarət və idarəetmə hüquqlarını Bouli ilə bölüşür. Mənbəyə görə, potensial razılaşma klubun inkişaf strategiyası ilə bağlı sahiblər arasında fikir ayrılıqlarını həll edə bilər. Tərəflər arasında danışıqlar son bir neçə ildir ki, fasilələrlə davam edir.

Qeyd olunur ki, hazırda razılaşmanın bağlanacağına dair heç bir əminlik yoxdur. Danışıqların bərpası Uolterin maliyyə fəaliyyəti ilə bağlı davam edən araşdırma fonunda baş verir. Ötən həftə o, həmçinin “Los-Anceles Leykers”i 12,5 milyard dollara satmağa razılaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button