Ölkə
Neft tankeri Qara dənizdə hücuma məruz qaldı


Yunanıstanın idarə etdiyi “Skiros” neft tankeri Rusiyanın Novorossiysk şəhəri yaxınlığında yerləşən Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) terminalında Rusiya nefti yüklədikdən sonra Qara dənizdə hücuma məruz qalıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, “Suezmax” sinfinə aid “Skiros” tankeri ilə bağlı insident avqustun 16-da axşam saatlarında baş verib. Gəmi hadisədən əvvəl Rusiya nefti ilə yüklənib.
Bildirilir ki, bu, təxminən üç həftəlik fasilədən sonra KTK terminalına daxil olan gəmiyə qarşı qeydə alınan ilk hücumdur.
“Skiros” tankerini idarə edən şirkətin açıqlamasına görə, insident nəticəsində xəsarət alan olmayıb.
Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilməyib.



