Ölkə

Roberto Karlos müəlman oldu

Braziliya və dünya futbolunun əfsanəvi simalarından biri, “Fənərbaxça” klubunun da formasını geyinmiş futbolçu Roberto Karlos müəlman olub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Türkiyənin AK Parti Qaziantep millət vəkili Ali Şahin sosial media hesabında paylaşım edib.

Deputat Braziliyanın San-Paulo şəhərində İslam dünyasının tanınmış simalarından olan Şeyx Cihad Hammadeh və Braziliya İslami Xeyriyyəçi Gənclər Birliyinin nümayəndələri ilə görüşdüyünü bildirib.

Şahin görüş zamanı Şeyx Cihad Hammadehin ona Roberto Karlosun İslamı qəbul etməsi xəbərini verdiyini diqqətə çatdırıb:

“Şeyx Cihad Hammadeh dünya futbolunun əfsanəsi Roberto Karlosun uzun müddətdir onunla əlaqə saxladığını və dörd həftə əvvəl yanına gələrək kəlmeyi-şəhadət gətirib İslam dinini qəbul etdiyini dedi. Roberto Karlosun İslamla şərəflənməsini təbrik edir, özünə və ailəsinə hüzur, sağlamlıq və bərəkət dolu ömür arzulayıram”.

Related Articles

Bir cavab yazın

Back to top button