AZERFAX TV

Almaniyada sosial fəlakət baş verdi

Almaniya getdikcə daha da kasıblaşır və tənəzzülə uğrayır.

AZERFAX.AZ xəbər veirr ki, bu barədə “Handelsblatt” nəşri məlumat yayıb.

Bu cür bədbin qənaətlərə səbəb Almaniya Federativ Respublikasında təxminən hər on gəncdən birinin nə oxuması, nə də işləməsi faktı olub. Nəşr bu vəziyyəti sosial fəlakət adlandırıb. Bundan əlavə, bu amil iqtisadi artımı ləngidir.

“Almaniya daha da kasıblaşır və intellektual cəhətdən acizləşir”, – deyə “Handelsblatt” qeyd edib.

Riyaziyyat və təbiət elmləri sahəsində vəziyyət xüsusilə acınacaqlıdır. Buna, xüsusən də, PISA və TIMSS sınaqlarının nəticələri dəlalət edir. Bununla yanaşı, təbiət elmləri sahəsində təhsil çatışmazlığı bütün sahələrdə öz fəsadlarını göstərir.

“Əgər innovasiya və tədqiqatlar sahəsində liderlik mövqelərimizi geri qaytarmaq istəyiriksə, Almaniyaya daha çox mühəndis və daha az hüquqşünas lazımdır”, – deyə nəşr yekunlaşdırıb.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button