AZERFAX TV
Mahir Emreli “Rakuv”da növbəti qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunun heyətində növbəti qolunu vurub.
AZERFAX.AZ xəbər verir ki, hücumçu Xorvatiyada “Hayduk”a qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda fərqlənib.
Forvard 27-ci dəqiqədə meydan sahiblərini məyus edib. Hazırda matçda hesab bərabərdir – 1:1.
Xatırladaq ki, Mahir Emreli iyulun 17-də “Rakuv”a keçib. Bu, onun yeni komandasında üçüncü qoludur.



