Ölkə

Rusiyanın hücumuna uzaqmənzilli cavab veriləcək

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın kütləvi hücumuna ədalətli və uzaqmənzilli cavab veriləcəyini açıqlayıb.

AZERFAX.AZ xəbər verir ki, Zelenski bildirib ki, mülki əhali və logistika infrastrukturuna qarşı həyata keçirilən hücumlar cavabsız qalmayacaq. Onun sözlərinə görə, Ukraynanın uzaqmənzilli silahlarının artırılması və Rusiyanın dərinliklərindəki hədəflərə zərbə imkanlarının gücləndirilməsi üçün daha çox resurs ayrılmalıdır.

Ukrayna lideri son hücum zamanı hava hücumundan müdafiə sistemlərinin qanadlı raketlərin təxminən 90 faizini zərərsizləşdirdiyini, lakin ballistik raketlərin qarşısının alınmasında vəziyyətin daha mürəkkəb olduğunu bildirib.

Zelenski “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlərə ehtiyac olduğunu vurğulayıb. O qeyd edib ki, Ukrayna silahların hədiyyə edilməsini deyil, onları almağa hazır olduğunu bildirir.

Prezident həmçinin Rusiyanın təcavüzünün dayandırılması üçün güc tətbiqinin vacib olduğunu və ABŞ-ın bu məsələdə tərəddüd etməməli olduğunu deyib.

Related Articles

Bir cavab yazın

Back to top button