AZERFAX TV
Silah anbarında güclü partlayış

Liviyanın şimal-qərbində yerləşən Misrata şəhərində hərbi birləşmələrdən birinə məxsus silah-sursat anbarında güclü partlayış baş verib.
AZERFAX.AZ xəbər verir ki, hadisə şəhərin cənubundakı Əl-Giran rayonunda baş verib. Partlayışdan sonra raket və döyüş sursatları anbarın ətrafına müxtəlif istiqamətlərdə səpələnib.
Hadisənin səbəbi və mümkün itkilərlə bağlı hələlik məlumat yoxdur.
Bildirilir ki, anbar Misratanın “Əl-İsar” briqadasının nəzarətində olub.
Sursatların partlama və ətrafa səpələnmə riskinin davam etməsi səbəbilə yaxınlıqdakı yol müvəqqəti bağlanıb.
Ərazidə təhlükəsizlik tədbirləri görülür və partlayışın nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır.



