Arıqlamaq üçün hansı prosedurlar həqiqətən effektlidir?


Artıq çəkidən xilas olmaq üçün tətbiq edilən masaj, bədən sarğıları, miostimulyasiya, ultrasəs lipolizi və kriolipolizin effektivliyi eyni deyil.
AZERFAX.AZ xəbər verir ki, mütəxəssislərin fikrincə, masaj və sarğılar əsasən müvəqqəti nəticə verir. Bu prosedurlar bədəndə maye itkisinə və ödemin azalmasına səbəb ola bilər, lakin yağ toxumasını əhəmiyyətli dərəcədə azaltmır.
Miostimulyasiya əzələ tonusunu artırsa da, ciddi kalori sərfiyyatı yaratmadığı üçün arıqlama vasitəsi hesab edilmir.
Ultrasəs lipolizi və kriolipoliz isə müəyyən nahiyələrdə piy toxumasının həcmini azaltmağa kömək edə bilər. Araşdırmalara görə, kriolipolizdən sonra piy qatının qalınlığı orta hesabla 25%-ə qədər azala bilər.
Bununla belə, mütəxəssislər vurğulayırlar ki, arıqlamanın əsas şərti kalori defisiti, düzgün qidalanma və fiziki aktivlikdir. Kosmetik prosedurlar isə yalnız əlavə vasitə kimi qiymətləndirilməlidir.



