AZERFAX TV

Zelenskinin terror aktı adlandırdığı hücum: ölü və yaralı sayı artır

Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərindəki ticarət mərkəzinə PUA hücumu nəticəsində ölənlərin sayı 15 nəfərə, yaralı sayı isə 130-a çatıb.

AZERFAX.AZ xəbər verir ki, xəsarət alanlardan 22-si azyaşlıdır.

Dağıntılar altında qalanlar var. Yaralı və ölü sayının artmağa davam edəcəyi istisna edilmir.

***

Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərindəki ticarət mərkəzinə PUA hücumu nəticəsində azı 14 nəfər həlak olub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib.

Onun sözlərinə görə, 22-si uşaq olmaqla, 121 nəfər yaralanıb, 29 zərərçəkmişin, o cümlədən beş uşağın vəziyyəti ağır qiymətləndirilir.

***

Rusiyanın Ukraynanın Krivoy Roq şəhərindəki ticarət mərkəzinə PUA-larla endirdiyi zərbə nəticəsində azı 5 nəfər ölüb, 91 nəfər yaralanıb.

AZERFAX.AZ xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski zərbəni terror aktı adlandırıb.

Zelenskinin sözlərinə görə, ticarət mərkəzinə iki dəfə hücum edilib. İlk zərbədən sonra başlayan yanğının söndürülməsi üçün hadisə yerinə gələn xilasedicilər təxminən yarım saat sonra ikinci zərbəyə məruz qalıblar.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja yaralananlar arasında 1-i azyaşlı olmaqla, 21 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

Ləman

Related Articles

Bir cavab yazın

Back to top button