AZERFAX TV
Ceferin İnfantinoya rəqib olacaq? – Rəsmi açıqlama

Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) prezidenti Aleksandr Çeferin 2027-ci ildə FİFA prezident seçkilərində namizədliyini irəli sürmək və ya hazırkı FİFA prezidenti Canni İnfantinoya rəqib olmaq niyyətində olmadığını açıqlayıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Çeferinin sözlərinə görə, o, FİFA prezidentliyi ilə maraqlanmır, çünki UEFA-dakı hazırkı işini qiymətləndirir.
FİFA prezident seçkilərinin 2027-ci ilin mart ayına planlaşdırılır və Mərakeşdə keçiriləcək. Çeferin 2016-cı ilin sentyabr ayından bəri UEFA-ya rəhbərlik edir və iki dəfə yenidən seçilib. Çeferin UEFA-ya rəhbərlik etməklə yanaşı, FİFA-nın vitse-prezidenti vəzifəsini də icra edir.



