Ölkə

Tovuzda qəza oldu – FOTO

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZERFAX.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

“VAZ 21011” markalı avtomobilin sürücüsü Niyaməddin Xəlilov idarəetməni itirdiyindən nəqliyyat vasitəsi ağaca çırpılıb və nəticədə, yaxınlıqdakı bağa aşıb.

Qəza zamanı Əlibəyli kənd sakini olan 21 yaşlı sürücü müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanalardan birinə yerləşdirilib, vəziyyəti kafidir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button