AZERFAX TV

Bu çayda zəhərli maddə aşkarlandı

dxal olunan qida məhsullarına fiziki nəzarət zamanı Çin mənşəli 4 məhsulda uyğunsuzluq aşkarlanıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Aparılan müayinələr nəticəsində yaşıl çayda pestisid qalığı, əriştədə və çörək qırıntılarında kif və maya göbələkləri müəyyən olunub.

Qeyd edək ki, uyğunsuzluq aşkarlanan məhsullardan 3-ü Çindən, “Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC-nin idxal etdiyi əriştə məhsulu isə Rusiyadan gətirilərkən yoxlamalara cəlb edilib.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, məhsul partiyalarının ölkə ərazisində dövriyyəyə buraxılmasının qarşısı alınıb.








İdxalçı şirkət

İstehsalçı şirkət

Məhsulun adı

Aşkarlanmış uyğunsuzluq

Məhsulun istehsal və son istifadə tarixi

1

“Herba Flora” MMC

Zhejiang Chunli Tea Co., LTD

yaşıl çay

Pestisid qalığı (Dinotefuran)

01.09.2025

01.09.2028

2

Feng Jiang

Chen Keming Food Co., LTD

əriştə

Kif və maya göbələkləri

17.12.2025


17.12.2027

3

“Premium Food Baku” MMC

Yantai Yuji Foodstuff Co., LTD

panko çörək qırıntıları

Kif və maya göbələkləri

06.01.2026

05.01.2028

4

“Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC

Tianjn Xingda Heping Food Co., LTD

əriştə

Kif və maya göbələkləri

09.11.2025

09.11.2027

Medial

Medial

Related Articles

Bir cavab yazın

Back to top button