Ölkə
Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü keçirildi


Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahı arasında “Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkənin müdafiə qurumları arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün protokolu imzalandıqdan sonra qarşılıqlı hədiyyələr təqdim olunub.
Tədbirin sonunda nümayəndə heyətlərinin iştirakı ilə xatirə fotosu çəkdirilib.



