AZERFAX TV

Paşinyan bu ölkəyə hərbi attaşe göndərir

Ermənistan hökuməti Polşada hərbi attaşe vəzifəsinin yaradılması ilə bağlı Müdafiə Nazirliyinin təklifini təsdiqləyib. Hərbi attaşe 1 yanvar 2027-ci ildən fəaliyyətə başlayacaq.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Ermənistan hökumətinin dərc etdiyi sənəddə bildirilib.

Qeyd olunub ki, Ermənistan Polşa ilə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Rəsmi İrəvan Polşanı Ermənistanla NATO və Avropa İttifaqı arasında mühüm əlaqələndirici ölkə kimi qiymətləndirir.

Hərbi attaşenin əsas vəzifələri iki ölkənin hərbi qurumları arasında əlaqələrin inkişaf etdirilməsi, birgə proqramların icrasının izlənməsi və müdafiə nümayəndə heyətlərinin səfərlərinin təşkilinə dəstək vermək olacaq.

Qeyd edək ki, Ermənistan və Polşa arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş 26 fevral 2026-cı ildə Varşavada imzalanıb.

Sənəddə hərbi attaşenin fəaliyyətinin müdafiə sahəsində münasibətləri daha yüksək tərəfdaşlıq səviyyəsinə çıxaracağı vurğulanıb.

Müəllif: Adəm

Related Articles

Bir cavab yazın

Back to top button