AZERFAX TV
İranın ABŞ-la bağlı yeni planı

İran ABŞ dollarından asılılığı aradan qaldırmaq niyətindədir.
AZERFAX.AZ xəbər verir ki, bu barədə İranın Ali rəhbəri Müctəba Xamenei “X” hesabında bildirib.
“İqtisadi artıma xüsusi diqqət yetirmək, istehsalı artırmaq, ABŞ dollarının həlledici rol oynamasını tədricən aradan qaldırmaq lazımdır”, – Xamenei qüeyd edib.
O, hazırda İranda əsas diqqətin müqavimət iqtisadiyyatına yönəldilməli olduğunu vurğulayıb. Xameneinin sözlərinə görə, bütün bunlar xidmətyönümlü hökumətin məqsədləri sırasındadır.



