Ölkə
Bu bölgədə milyonlarla bomba var


Cənub-Şərqi Asiyada yerləşən Laosda onilliklər keçməsinə baxmayaraq müharibənin izləri müşahidə edilir.
AZERFAX.AZ xəbər verir ki, torpaqda gizlədilmiş milyonlarla partlamamış bomba insan həyatını təhlükəyə atır və kənd təsərrüfatı torpaqlarını istifadəyə yararsız hala salır. Qeyd olunur ki, təhlükə hələ də aradan qaldırılmayıb və minatəmizləmə işləri illərdir davam edir.
Mütəxəssislər xəbərdarlıq edir ki, belə ərazilərdə kiçik toxunuş belə partlayışa səbəb ola bilər. Bu səbəbdən təhlükəli zonalarda hərəkət məhdudlaşdırılır və əhali üçün xəbərdarlıq nişanları yerləşdirilir.



