Ölkə
Putin NATO ərazisinə hücum etməyəcək


Rusiya NATO ölkələrinə hücum etməyəcək.
AZERFAX.AZ xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O, Rusiya lideri Vladimir Putinlə münasibətlərinin yaxşı olduğunu bildirib. Tramp Putinlə keçirdiyi görüşlərin səmərəli olduğunu vurğulayıb. O, Rusiya ilə İran arasında nüvə proqramı ilə bağlı son danışıqları da şərh edərək Moskvaya qarşı mümkün sanksiyaların gündəmə gələ biləcəyini istisna etməyib. ABŞ lideri qərarın vəziyyətdən asılı olacağını və prosesin diqqətlə izlənəcəyini bildirib.
Tramp həmçinin İranla əlaqəli olduğu deyilən Çin banklarına qarşı niyə tədbir görülmədiyi barədə suala, “Bunu etmədiyimi haradan bilirsiniz? Mən gördüyüm hər işi sizə deməliyəm?”, – deyə cavab verib.



