Türkiyə klubu baş məşqçini istefaya göndərdi


Türkiyə Super Liqasında mövsümün ilk həftələrində baş məşqçi dəyişikliyi baş verib.
AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, “Qaziantep FK” komandanın baş məşqçisi Mirel Radoi ilə yollarını ayırıb.
Rumıniyalı mütəxəssisin istefasına komandanın son turda “Çaykur Rizespor”a məğlub olması səbəb olub. Qarşılaşmadan sonra Radoi klub rəhbərliyi ilə görüş keçirib.
Görüşün ardından tərəflər arasında əməkdaşlığın dayandırılması barədə qərar qəbul edilib və Mirel Radoi ilə yollar rəsmən ayrılıb.
Qeyd edək ki, ayrılıq Super Liqada 3-cü tur oyunları davam etdiyi vaxt baş verib. “Qaziantep FK”nın yeni baş məşqçisi ilə bağlı qərarın isə yaxın zamanda rəsmiləşdirilməsi gözlənilir.
Məlumata görə, komandanın sükanı arxasına Çağdaş Atanın gətirilməsi planlaşdırılır.



