AZERFAX TV

Körpəsinin hər iki qolunu və ayağını sındırdı

Polşada 31 yaşlı qadın 5 aylıq oğluna qarşı xüsusi amansızlıqla zorakılıq etməkdə ittiham olunur.

AZERFAX.AZ xəbər verir ki, hadisə avqustun 26-da Lodz şəhərində baş verib.

Uşağa zorakılıq edildiyi barədə polisə ananın internet üzərindən ünsiyyət saxladığı tanışı məlumat verib. Polis əməkdaşları qadının evdə olmadığını, lakin uşağın atasının mənzildə olduğunu müəyyən ediblər.

Daha sonra qadın xəstəxanada tapılaraq saxlanılıb. İstintaq zamanı məlum olub ki, 5 aylıq körpənin hər iki qolu və bir ayağı sınıb, bədənində isə çoxsaylı xəsarət izləri aşkarlanıb. Həkimlər bu xəsarətlərin bədbəxt hadisə nəticəsində yarana bilməyəcəyi qənaətinə gəliblər.

Dindirilmə zamanı qadın günahını etiraf edib və əməlindən peşman olduğunu deyib.

Qadına xüsusi amansızlıqla uşağa işgəncə vermək və onun sağlamlığına zərər vurmaq ittihamı irəli sürülüb.

Polis qadının 32 yaşlı sevgilisini də saxlayıb. Məlum olub ki, həmin şəxs həbs cəzasını çəkmək üçün axtarışda imiş.

Məhkəmə prokurorluğun şübhəlinin həbs olunması ilə bağlı vəsatətini təmin etməyib və qadın polis nəzarəti altında sərbəst buraxılıb. Hazırda xəstəxanada müalicə olunan körpənin gələcək taleyinə ailə məhkəməsi qərar verəcək.

Adəm

Related Articles

Bir cavab yazın

Back to top button